azerbaijani english








RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ ƏDLİYYƏ SİSTEMİNİN MÜASİRLƏŞDİRİLMƏSİ LAYİHƏSİ LAYİHƏNİN İCRA QRUPU ÜÇÜN MÜHASİB VƏZİFƏSİNƏ VAKANSİYA ELAN EDİR



Namizədlərə verilən əsas tələblər aşağıdakılardır:
1. Maliyyə, iqtisadiyyat və/yaxud ticarət-sənaye fəaliyyətinin idarəolunması kimi münasib ixtisaslar üzrə ali təhsilli;
2. Mühasibat işində ən azı üç (3) illik iş təcrübəsi;
3. Dünya Bankı və ya digər beynəlxalq qurumların maliyyələşdirdiyi layihələrdə iş təcrübəsinə malik olan namizədlərə üstünlük veriləcəkdir;
4. Dünya Bankının və ya digər beynəlxalq qurumların/agentliklərin malların/işlərin satınalınması üzrə prosedurları barədə biliyi;
5. Azərbaycan dilini mükəmməl bilməsi, güclü yazı, şifahi nitq, dinləmə və insanlarla münasibət yaratmaq bacarıqları;
6. İngilis dilini mükəmməl bilməsi, güclü yazı, şifahi nitq və dinləmə bacarıqları;
7. Kompüterdən, xüsusilə MsExcel və 1C mühasibat proqramından istifadə üzrə yüksək bacarığı.
Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən Azərbaycan və ingilis dillərində tərcümeyi-halın (CV) elektron və çap variantını, habelə təhsil sertifikatlarının və digər rəsmi sənədlərin surətini müvafiq ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Təşkilat-Nəzarət Baş İdarəsi
Əlaqələndirici şəxs: Ramin Qurbanov
Əlaqə telefonu: 510 04 44, faks 430 11 77
Email: ramingurbanov@yahoo.com, ramingurbanov@justice.gov.az
AZ1073, Bakı şəhəri, İnşaatçılar prospekti 1.


29/01/2008
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003