azerbaijani english








RƏSMİ XRONİKA

ŞƏMKİR RAYON MƏHKƏMƏSİNİN HAKİMİ Ə.B.NƏCƏFOVUN İŞ YERİNİN DƏYİŞDİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 112-ci maddəsinə uyğun olaraq və Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qərara alıram:
Əmrah Bəzməddin oğlu Nəcəfov Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin hakimi təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2008-ci il.


06/08/2008
Copyright Ədliyyə Nazirliyi All Rights Reserved 2003