|
ƏDLİYYƏ NAZİRİ FİKRƏT MƏMMƏDOV KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ KOMİSSİYANIN ÜZVÜ TƏYİN EDİLMİŞDİR
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Konstitusiya Məhkəməsi hakimlərinin 2005-ci il 18 iyul tarixli yığıncağının qərarı ilə Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü təyin edilmişdir.
29/07/2005
|