Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqə iştirakçılarının nəzərinə

Nazirliyin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 10.06.2017-ci il tarixdə keçirilmiş növbəti test imtahanından uğur qazanmış və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə 2017-ci ilin avqust ayının 10-dan etibarən söhbət keçirilməsinə başlanılacaqdır. 

Söhbət Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladırıq ki, qanunvericiliyə əsasən söhbətin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.

Əlavə məlumatları (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür. 

iacca
help_az
iap
eplc