Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyinin məlumatı

Xəbər verildiyi kimi, oktyabrın 23-də Bakı şəhərinə etap zamanı müşayiət altından qaçmış 2 təqsirləndirilən şəxsin axtarışı üzrə təxirəsalınmadan əməliyyat tədbirləri təşkil olunmuşdur.

Oktyabrın 26-da Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən görülmüş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həbsdən qaçmış Əli Rasim oğlu Ağami tutularaq istintaq təcridxanasına yerləşdirilmişdir.

Digər təqsirləndirilən şəxs E.Ə.Məmmədovun axtarışı istiqamətində zəruri tədbirlər davam etdirilir.

iacca
help_az
iap
eplc