IMAGE

Ədliyyə Nazirliyi tərəfindən 1 iyun- Uşaqların Müdafiəsi Günü qeyd olunub

Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən silsilə tədbirlər davam etdirilir.

Növbəti belə tədbirlər 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Yasamal və Binəqədi rayon qeydiyyat şöbələri tərəfindən keçirilmişdir.

Tədbirlərdə ictimaiyyətinin nümayəndələri fəal iştirak etmişlər.

Təntənəli mərasimdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iştirakçıları təbrik edərək xoş arzularını bildirmiş, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını qeyd edərək, müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqımızın firavanlığı və ölkəmizin davamlı inkişafına xidmət edən Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində respublikamızda insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının təmin edildiyini iştirakçıların diqqətinə çatdırmışlar.

Əlamətdar gün münasibətilə respublika üzrə ümumilikdə yeni anadan olmuş 834 uşağın doğumu onların doğulduğu tibb müəssisələrində təntənəli şəraitdə qeydiyyata alınaraq körpələrin valideynlərinə şəhadətnamələr təqdim olunmuşdur.

Tədbirdə iştirak edən yeni doğulan körpələrin valideynləri, nənə və babaları sevinc və minnətdarlıqlarını bildirmişlər.

iacca
help_az
iap
eplc