Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Mühafizə alayının əsgər və çavuşları üçün inşa müsabiqəsi keçirilmişdir

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının bölüklərində əsgər və çavuşlar üçün Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə “Azərbaycan Respublikasına xidmətimlə fəxr edirəm” vətənpərvərlik mövzusunda yoxlama inşa müsabiqəsi keçirilmişdir. Ən yaxşı inşa müəlliflərinə diplom və hədiyyələr təqdim edilmişdir. Eyni zamanda şəxsi heyətə Azərbaycan Silahlı Qüvvələrinin tarixinə həsr olunmuş videoçarx təqdim olunmuş və Azərbaycan ədliyyəsinin inkişaf tarixi barədə ətraflı məlumat verilmişdir. İctimaiyyətlə əlaqələ şöbəsi

iacca
help_az
iap
eplc