Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Ədliyyə orqanlarının maddi-texniki bazası möhkəmləndirilir

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının və məhkəmələrin inkişafının təmin edilməsi, innovativ texnologiyaların tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində paytaxtda və bölgələrdə müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni ədliyyə və məhkəmə bina və komplekslərinin tikilib istifadəyə verilməsi vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət etməklə, həm də ədliyyə işçilərinin və hakimlərin iş şəraitinin müasirləşdirilməsinə, bu sahədə fəaliyyətin səmərəliliyinin artırılmasına, əhaliyə daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib.

Eyni zamanda, ədliyyə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi çərçivəsində ədliyyə işçilərinin xidməti vəzifələrinin daha səmərəli və operativ yerinə yetirilməsi ilə bağlı avtonəqliyyat vasitələri ilə təmin olunmasına xüsusi diqqət yetirilir.

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə nazirliyin bəzi struktur qurumlarına yeni, Azərbaycanın milli istehsalı olan "Khazar" və "Naz Lifan" markalı avtomobillər verilib.

Avtomobillərin təqdimatı zamanı nazir çıxış edərək ədliyyə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı görülən işlərdən bəhs edib, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisini qeyd edərək, Azərbaycanın artıq istehsal etdiyi öz məhsullarını, o cümlədən təqdim olunan beynəlxalq təhlükəsizlik standartlarına cavab verən avtomobilləri "Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxardığını vurğulayıb.

Sonda yeni avtomobillərin açarları ədliyyə işçilərinə təqdim olunub.

iacca
help_az
iap
eplc