Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Pilot bələdiyyələr üçün seminar keçirilib

Fevralın 6-da Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzində pilot bələdiyyələr üçün “Subvensiya layihələrinin hazırlanması və təqdim edilməsi” mövzusunda seminar keçirilib.

Seminarda “2019-cu ilin dövlət büdcəsi haqqında” Qanunda ilk dəfə olaraq bələdiyyələrə subvensiya ayrılmasının önəmindən danışılıb, ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 9.3.1-ci yarımbəndində verilmiş tapşırığın icrası üzrə pilot qismində seçilmiş bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılmasında subvensiya vəsaitlərinin mühüm rol oynayacağı qeyd olunub.

İştirakçılara subvensiya layihələrinin hazırlanması üçün tələb olunan sənədlər, onların hazırlanması və təqdim edilməsi qaydaları, subvensiya vəsaitinin istifadəsi və istifadəsinə dövlət nəzarəti haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb, hazırlanmış layihələr haqqında məlumatlar dinlənilib, subvensiya ala bilmək üçün layihələrin martın 15-dək Maliyyə Nazirliyinə təqdim olunması tövsiyə edilib.

Seminarda Bələdiyyələrlə iş mərkəzinin, Maliyyə Nazirliyinin Yerli büdcə ilə iş sektorunun rəhbər şəxsləri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təmsilçisi, müstəqil ekspertlər, pilot bələdiyyələrin sədrləri və yerli büdcə komissiyalarının üzvləri iştirak ediblər.

iacca
help_az
iap
eplc