Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

On milyonuncu vətəndaşa doğum haqqında şəhadətnamə təntənəli təqdim olunub

2019-cu il aprelin 6-da respublikamızın on milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə Azərbaycan artıq demoqrafik inkişaf baxımından nəinki keçmiş sovet ittifaqı dövlətləri, həmçinin bir çox Avropa dövlətləri arasında liderə çevrilib.

Bu əlamətdar hadisə münasibəti ilə ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik edərək xeyir-duasını veriblər.

Aprelin 10-da körpənin valideynləri Rauf Həsənov və Nigar Ocaqova Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə gələrək ilk övladlarının adını məhz Mehriban xanım Əliyevanın şərəfinə Mehriban adlandırılmasını bildiriblər.

Valideynlər Azərbaycanın birinci xanımının analara və uşaqlara daim həssaslıqla yanaşdığını qeyd edib, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və xanımına minnətdarlıqlarını ifadə ediblər.

Qeydiyyat şöbəsində on milyonuncu vətəndaşımız Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsi təntənəli şəraitdə valideynlərinə təqdim edilib.

Sonda valideynlər təbrik edilib, onlara xatirə hədiyyəsi təqdim olunub, övladlarına uzun ömür və uğurlu gələcək arzulanıb.

iacca
help_az
iap
eplc