Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində QHT nümayəndələri ilə dəyirmi masa

15 aprel 2019-cu il tarixdə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanundan irəli gələn qeyri-hökumət təşkilatlarının vəzifələri mövzusunda dəyirmi masa keçirilmişdir. Görüşdə Qanunun tətbiqi ilə bağlı QHT-lərin maariflənməsi, qanunvericiliyin tələblərinə riayət edilməsi və bu istiqamətdə nazirlik ilə qeyri-hökumət təşkilatları arasında daha sıx və qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd olunmuşdur. Tədbirdə eyni zamanda Ədliyyə Nazirliyi ilə hüquq sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən QHT-lər üçün müxtəlif əyani vəsaitlərin hazırlanması və təlimlərin keçirilməsinin zəruriliyi vurğulanmışdır.

iacca
help_az
iap
eplc