Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi açıq tender elan edir

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ

2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və maliyyə təminatı nazirlik tərəfindən həyata keçirilən məhkəmələrin istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı, şəbəkə infrastrukturunun saxlanılması və inkişafı, habelə onlara texniki dəstəyin göstərilməsi ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 2 Lot üzrə keçirilir:

LOT- 1 Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı, şəbəkə infrastrukturunun saxlanılması və inkişafı, habelə onlara texniki dəstəyin göstərilməsinin satınalınması.

LOT- 2 Maliyyə təminatı nazirlik tərəfindən həyata keçirilən məhkəmələrin istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı, şəbəkə infrastrukturunun saxlanılması və inkişafı, habelə onlara texniki dəstəyin göstərilməsinin satınalınması.

Malların, işlərin və xidmətlərin təchiz olunma müddəti - 2019-cu il ərzində

Tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına və texniki göstəricilərə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İnşaatçılar prospekti -1, ünvanında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsindən (Əlaqələndirici şəxs: Eyvazova Sevda Nəriman qızı, telefon: 492-62-35) ala bilərlər.

LOT-1.1400 manat

LOT-2. 1400 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab AZ 41NABZ01360100000000003944

S.W.I.F.T.BIK: CTREAZ 22

Ədliyyə Nazirliyi (Tender) KOM.

Hesab № AZ68CTRE00000000000002088471

VÖEN:1300286111

Büdcə təsnifatının kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanının arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, nizamnaməsi(hüquqi şəxslər üçün), qeydiyyat rekvizitləri;

- müvafiq mallar üzrə uyğunluq sertifikatları,

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının,

təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması,

- avadanlığa texniki xidmət göstərəcək mütəxəssislərə həmin avadanlığın istehsalçısı tərəfindən verilmiş ixtisas sertifikatı,

- əmlakı üzərində həbsin olub-olmaması barədə arayış;

- ödənişə yönəlmiş girovun olub-olmaması barədə arayış;

iacca
help_az
iap
eplc