Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Vətəndaşların nəzərinə!

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 2-də Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini Toğrul Musayev Quba şəhərində, Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcəkdir. Qəbulda Quba rayonunda yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Xaçmaz Regional Ədliyyə İdarəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, 17; əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-950-58-83; 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün həmin gün keçiriləcək qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
help_az
iap
eplc