Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Bərdə Regional Ədliyyə Idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi işi davam etdirilir

10 avqust 2019-cu il tarixdə Bərdə Regional Ədliyyə Idarəsinin əməkdaşları tərəfindən Bərdə rayonunun Mustafaağalı bələdiyyəsində Mustafaağalı, Məşədiibişli və Mollalı bələdiyyələrin üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədi ilə seminar keçirilmişdir.

Seminarda Regional Ədliyyə Idarəsinin əməkdaşları tərəfindən “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Yerli özünüidarəetmədə etik davranış”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “Qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri” və digər mövzular üzrə məruzələr edilərək qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin hüquq və vəzifələri geniş izah olunmuş, habelə iştirakçıları maraqlandıran məsələlər üzrə suallar cavablandırılmışdır.

iacca
help_az
iap
eplc