Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

“Subvensiya layihələrinin hazırlanması və idarə edilməsi” mövzusunda təlimlər

Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi məqsədilə maarifləndirici tədbirlər davam etdirilir. Bu sahədə işlərin həyata keçirilməsində beynəlxalq qurumlarla əməkdaşlığa da xüsusi önəm verilir.

Avropa İttfaqı tərəfindən maliyyələşdirilən və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən həyata keçirilən “Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək Layihəsi” çərçivəsində Bələdiyyələrlə iş mərkəzinin dəstəyi, Gəncə və Şəmkir regional ədliyyə idarələrinin təşkilatçılığı ilə qərb bölgəsində region bələdiyyələri üçün növbəti təlimlər keçirilib.

26-31 avqust tarixlərində “Subvensiya layihələrinin hazırlanması və idarə edilməsi” mövzusunda təşkil edilmiş silsilə təlimlərdə Gəncə, Samux, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa bələdiyyələrinin nümayəndələri iştirak edib.

Təlimlərdə Maliyyə Nazirliyinin mütəxəssisi tərəfindən subvensiya layihələri üçün müraciət edilməsi qaydaları və layihələrin icrası ilə bağlı müvafiq tövsiyələr verilərək mövzu ilə əlaqəli materiallar təlim iştirakçılarına paylanılıb.

iacca
help_az
iap
eplc