Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

"Əmlakın qeydiyyatı" işçi qrupunun iclası keçirilib

İİTKM-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” işçi qrupunun Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə 2019-cu ilin ikinci yarımilliyi üçün nəzərdə tutulan İcra və Kommunikasiya Planına dair iclası keçirilib.

Bu dəfəki müzakirə zamanı əsasən inzibatçılığın təkmilləşdirilməsi və genişləndirilməsi , aidiyyəti qurumlarla inteqrasiyanın təşkili sahəsində görülən işlərdən danışılıb. Görülən işlər və mövcud yeniliklər ilə bağlı aidiyyəti qurumların müvafiq sahə üzrə əməkdaşları və bu sahəyə məsul şəxslər ilə iş sahəsində aidiyyəti maarifləndirmə xarakterli materialların hazırlanması, müvafiq şəxslərə seminarların keçirilməsi üzrə həyata keçiriləcək tədbirlər də nəzərdən keçirilib.

Əlavə olaraq, müzakirə zamanı məlumat verilib ki, sahibkarlıq subyektləri, aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə kommunikasiya və məlumatlandırma sahəsində növbəti yarım il üçün də görüləcək işlər genişdir.


İclasda Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ədliyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Maliyyə Monitorinqi Xidməti, «Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım» ictimai birliyi ,“Ekvita” şirkətinin təmsilçiləri iştirak edib.

iacca
help_az
iap
eplc