Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Ədliyyə orqanlarına qulluğa qəbulun şəffaf prosedurlarla müsabiqə əsasında keçirilməsi üzrə tədbirlər davam etdirilir

Builki müsabiqənin test imtahanı mərhələsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə mayın 22-də Bakı Dövlət Universitetində keçirilmiş və 262 nəfər hüquqşünasın iştirak etdiyi imtahanı 30-a yaxın yerli və beynəlxalq müşahidəçi, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişdir.

Qaydalara əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur. Test imtahanında 147 namizəd müvəffəqiyyət qazanaraq müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılmışdır.

Namizədlər  müxtəlif regionlardan olmaqla, əsasən gənclərdir. Uğur qazanmışlar arasında ədliyyə orqanlarında və məhkəmələrdə yardımçı vəzifələrdə çalışan, digər təşkilatlardan ədliyyə orqanlarına işə keçmək istəyən namizədlərlə yanaşı, ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq arzusunda olanlar da vardır.  

Söhbətin vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcəkdir.

 

iacca
help_az
iap
eplc