IMAGE

Ədliyyə işçiləri xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkiblər

Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə dövlət tərəfindən böyük diqqət göstərilir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf strategiyası ölkə həyatının bütün sahələrini əhatə edir, o cümlədən cəmiyyətimizin kövrək təbəqəsi olan uşaqlara yüksək qayğı ilə yanaşılır, onların problemlərinin həlli istiqamətində konkret addımlar atılır.

Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi və reabilitasiyası, müasir infrastrukturların yaradılması üzrə məqsədyönlü işlər görülür.

Ədliyyə Nazirliyi tərəfindən nazirliyin Birləşmiş Həmkarlar İttifaqının xətti ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi baş çəkilir, görüşlər keçirilir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir.

Ədliyyə işçiləri paytaxtın 268 nömrəli xüsusi məktəbində olub, uşaqlarla görüşüb, onların qayğıları ilə maraqlanıblar. Həmçinin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə uşaqlar üçün musiqili-əyləncəli proqram təşkil olunub. 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi məktəbliləri sevindiriblər. Sonra uşaqlara hədiyyələr təqdim edilib.

Məktəbin rəhbərliyi və kollektivi daim dövlət qayğısı ilə əhatə olunan uşaqlar üçün belə bir tədbirin təşkil olunmasına görə Ədliyyə Nazirliyinə öz minnətdarlığını ifadə edib

iacca
help_az
iap
eplc