Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış 147 namizədlə müsabiqənin ikinci mərhələsində fərdi qaydada söhbət keçirilməsinə iyun ayının 21-dən başlanılmasını qərara almışdır.

Qaydalara müvafiq olaraq Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir.

Söhbətə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

edliyye2020az
iacca
help_az
iap
eplc