IMAGE

"İnsan hüquqları və yerli özünüidarəetmə" mövzusunda keçirilən "dəyirmi masa" da Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər

BMT-nin Baş Məclisi tərəfindən 1948-ci ildə "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə"nin qəbul olunduğu tarix - dekabr ayının 10-u hər il bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.

Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, vətəndaş cəmiyyətinin inkişafına yönələn davamlı tədbirlər görülür, bu sahədə nüfuzlu beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edilir, respublikamız 50-dən çox beynəlxalq sənədə qoşularaq beynəlxalq öhdəliklərin həyata keçirilməsi daim diqqətdə saxlanılır.

Dekabrın 9-da Ədliyyə Nazirliyində Beynəlxalq İnsan Hüquqları gününə həsr olunmuş "İnsan hüquqları və yerli özünüidarəetmə" mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbirdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin təmsilçiləri iştirak ediblər.

Çıxış edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı, Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin üzvü Zalihə Tahirova və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni tədbirin əhəmiyyətini qeyd edib, son dövrlər nazirliyin ayrı-ayrı istiqamətləri üzrə fəaliyyətinin ictimailəşməsini vurğulayıb, vətəndaşların yerli məsələlərinin həllində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən şəffaflığın artırılması, ictimai iştirakçılığın təşviqi, bələdiyyələrlə QHT-lər arasında əlaqəli fəaliyyətin genişləndirilməsi ilə bağlı və digər təkliflər səsləndiriblər.

iacca
help_az
iap
eplc