IMAGE

"Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar" mövzusunda keçirilən ictimai təqdimatda Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli Fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi prioritet kimi müəyyənləşdirilib.

“Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların tətbiqi və onların mobil versiyalarının hazırlanması, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin funksionallığının təkmilləşdirilməsi və bu sahədə digər tədbirlərin görülməsi müəyyən olunub. Ötən il Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində bir neçə innovativ həllər ictimaiyyətə təqdim edilib.

 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda ictimai təqdimat keçirilib.

Tədbirdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin nümayəndələri etmiş və təqdimatın vətəndaş cəmiyyəti üçün əhəmiyyəti barədə faydalı fikirlərini bildirmişlər.

iacca
help_az
iap
eplc