Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Ədliyyə naziri İsmayıllıda vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nazirliyin rəhbərliyinin bölgələrdə mütəmadi səyyar qəbulları keçirilir.

Fevralın 5-də ədliyyə naziri Fikrət Məmmədov İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində İsmayıllı, Qəbələ, Göyçay, Şamaxı, Oğuz və Ağdaş rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, digər qaldırılan məsələlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Yerli sakinlər vətəndaşların bölgələrdə qəbulu ilə bağlı ölkə Prezidentinin göstərdiyi qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində nazir yerli ədliyyə orqanlarının və məhkəmənin işi ilə tanış olub, regionun ədliyyə işçiləri və hakimləri ilə müşavirə keçirib.

Nazir ədliyyə və məhkəmə fəaliyyətinin dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun təkmilləşdirilməsi üzrə görülən tədbirlərdən danışaraq, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli müstəsna əhəmiyyətə malik Fərmanının bu sahədə mühüm "yol xəritəsi" olduğunu vurğulayıb, o cümlədən məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, məhkəmə hakimiyyətinə ictimai etimadın və şəffaflığın artırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı yeni qanunvericilik aktlarından irəli gələn vəzifələrin dürüst icrasının təmin olunması ilə bağlı və digər aidiyyəti məsələləri qeyd edib.

Müşavirədə dövlət başçısının fevralın 3-də regionların sosial-iqtisadi inkişafının yekunlarına dair keçirdiyi konfransda dövlət məmurları qarşısında qoyduğu tələbləri, xüsusilə insanlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, pozuntulara, özbaşınalığa yol verilməməsi, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, sui-istifadə hallarının və korrupsiyanın yolverilməzliyi vurğulanıb.

iacca
help_az
iap
eplc