Ədliyyə Nazirliyi açıq tender elan edir

AR Ədliyyə Nazirliyi struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması ilə əlaqədar

 

AÇIQ TENDER ELAN EDİR

Tender proseduru Qanunun 50-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir. Tender iştirakçılarına təklif edilir ki, https://www/etender.gov.az- dövlət satınalmalarının vahid internet portalına daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak etmək istəyən malgöndərənlər müəyyən edilmiş məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba (e-tender.gov.az saytında “ASAN ÖDƏNİŞ” sistemi vasitəsi ilə) köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu portal vasitəsilə əldə edə və müsabiqə üzrə təkliflərini elektron qaydada təqdim edə bilərlər.

İştirak haqqı - 1000 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır

Bank adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab AZ 41NABZ01360100000000003944

S.W.I.F.T.BIK: CTREAZ 22

Ədliyyə Nazirliyi (Tender)

KOM

Hesab № AZ68CTRE00000000000002088471

VÖEN:1300286111

Büdcə təsnifatının kodu: 142330

Büdcə səviyyəsinin kodu: 7

Əlaqə telefonu: 492-62-35

Tenderdə iştirak etmək üçün aşağıda qeyd olunan sənədləri Portal vasitəsilə təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1%-i (bir faizi) həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə, cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına və son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergi bəyannaməsi);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, dövlət reyestrindən çıxarışı, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, avadanlığa texniki xidmət göstərəcək mütəxəssislərə həmin avadanlığın istehsalçısı tərəfindən verilmiş ixtisas sertifikatı,

- İddiaçı Şirkətin İKT sahəsində yerli/beynəlxalq şirkətlərə şəbəkə avadanlığına texniki dəstək və digər İT xidmətlərin göstərilməsində təcrübəsi və uğurlu layihələri, qeyd olnan xidmətlər üzrə İddiaçının təcrübəsini təsdiq edən müştəriləri tərəfindən Tövsiyyə məktubları (minimum 3 Tövsiyyə məktublarında göstərilən xidmətlərin növü və müddəti qeyd olunmalıdır);

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq vahid internet portalı (www.etender.gov.az) vasitəsi ilə elektron qaydada keçiriləcəkdir. İddiaçılar tender ilə bağlı sualları vahid internet portalında nəzərdə tutulmuş müvafiq bölmədə satınalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 19.06.2020-ci il saat 10:00-ə qədər, tender təklifi və bank təminatı isə 30.06.2020-ci il saat 18:00-ə qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 01.07.2020-ci il tarixdə saat 10:00-da portal vasitəsi ilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi, yazışmalar, sual-cavablar və digər prosedurlar yalnız elektron qaydada vahid internet portalı vasitəsilə aparılır.

iacca
help_az
iap
eplc