Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Rusiya ölkəmizin hüquqi nailiyyətlərinə böyük maraq göstərir

Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə görüşmüşdür.

Azərbaycan və Rusiya arasında ən zəngin müqavilə-hüquq bazasına söykənən dostluq və tərəfdaşlıq münasibətlərinin, o cümlədən hüquqi əməkdaşlığın inkişafını vurğulayan nazir, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan hüquqi islahatlar, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermişdir.

Respublikamıza səfərindən məmnunluğunu ifadə edən qonaq, yeni yaradılmış Rusiya İstintaq Komitəsinin fəaliyyətindən və aparılan islahatlardan danışmış, ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində Azərbaycanın təcrübəsinə, o cümlədən bu il fəaliyyətə başlamış inzibati ədliyyənin və məhkəmə ekspertizası fəaliyyətinə maraq göstərmiş, iki ölkə arasında hüquqi əlaqələrin genişləndirilməsi ilə bağlı niyyətini söyləmişdir.

Görüşdə faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
help_az
iap
eplc