Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

E L A N

Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin bir illik səlahiyyət müddətinin 2012-ci il yanvarın 18-də başa catması ilə əlaqədar yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Qeyd olunan proses Komitənin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikası Ədliyyə Nazirinin 25 aprel 2006-cı il tarixli 4-T N-li Əmri ilə təsdiq edilərək dövlət qeydiyyatına alınmış Qaydalara əsasən həyata keçirilir və buna müvafiq olaraq Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə tərkibi aidiyyəti dövlət, habelə qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyəti təhlil edilərək qiymətləndirilir, namizədlər arasında seçim aparılır.

Bununla əlaqədar müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin nəzərinə çatdırılır ki, İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə respublika Ədliyyə Nazirliyinə – Seçki Komissiyasına müraciət edə bilərlər. Müraciətə həmçinin, namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

Əlavə məlumat əldə etmək üçün Ədliyyə Nazirliyinin www.justice.gov.az internet səhifəsinə müraciət etmək və 510-52-83 nömrəli telefonla əlaqə saxlamaq olar.

iacca
help_az
iap
eplc