Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

2 fevral - Azərbaycan gəncləri günü münasibətilə ədliyyə orqanlarında "Açıq qapı" həftəsi keçirilir

Hörmətli gənc ədliyyə işçiləri!

         Ədliyyə Nazirliyinin rəhbərliyi sizi xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan gəncliyinə bəxş etdiyi 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti və fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayır.
      İnanırıq ki, siz yüksək dövlət qayğısı ilə əhatə olunmuş sağlam düşüncəli, azərbaycançılıq və dövlətçilik prinsiplərinə sadiq, vətənpərvər ruhlu Azərbaycan gəncliyinin nümayəndələri kimi ədliyyə orqanlarında uğurlu fəaliyyətinizlə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə bundan sonra da öz layiqli töhfələrinizi verəcəksiniz.
        Bildiririk ki, fevral ayının əvvəlindən Azərbaycan gəncləri günü münasibətilə ədliyyə orqanlarında «Açıq qapı» həftəsi keçirilir. Gənc həmkarlarımız qayğıları, onları maraqlandıran məsələlər, eləcə də faydalı təşəbbüsləri ilə bağlı Nazirliyin aidiyyəti struktur qurum rəhbərlərinə və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə müraciət edə bilərlər.


M ə l u m a t

    Ədliyyə orqanlarında gənclərlə aparılan iş, onların qulluq keçməsi, layiqli dövlət qulluqçusu kimi formalaşdırılması, bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi məsələləri Nazirliyin rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır.
        Hazırda ədliyyə orqanlarında çalışan işçilərin təxminən hər ikisindən birini, nazirliyin aparatının isə hər üçündən birini gənclər təşkil edir.
        Yola saldığımız 2011-ci ildə ədliyyə orqanlarına işə qəbul edilənlərin 82%-i gənclər olmuşdur.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı davam edən sayca 6-cı açıq müsabiqənin ikinci mərhələsində iştirak edən  hüquqşünasların 86%-i gələcəyini ədliyyə orqanları ilə bağlamaq istəyən gənclərdir.
     Gənclərlə bağlı 200-dən artıq qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq hazırda fəaliyyət göstərirlər.

iacca
help_az
iap
eplc