Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Məhkəmə-Hüquq Şurasının iclası keçirilmişdir

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə məqsədyönlü tədbirlər vurğulanmış, məhkəmə hakimiyyətinə yüksək etimadın nəticəsi olaraq Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevin 21 noyabr tarixli Sərəncamları ilə bir qrup hakimlərin və Məhkəmə-Hüquq Şurası üzvlərinin yüksək dövlət təltiflərinə və fəxri adlara layiq bilinməsi qeyd edilmişdir.

İclasda dövlət başçısının Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmiş hakimlərə və Şura üzvünə Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən bu yüksək dövlət təltifləri təqdim edilmişdir.

Həmçinin iclasda digər məsələlərə də baxılmış, hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, müasir beynəlxalq tələblər səviyyəsində seçilməsi qaydası əsasında yüksək hazırlığa malik şəxslərin hakim vəzifələrinə təyin olunması bildirilmişdir. Lakin mövcud vakansiya və ehtiyaclar nəzərə alınaraq hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulunun keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir.

Eyni zamanda iclasda bəzi hakimlər tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı intizam icraatları başlanılmışdır.

iacca
help_az
iap
eplc