Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən sentyabrın 27-də Şəki şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Şəki və Mingəçevir şəhərlərində, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ və Yevlax rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 10:00-da Şəki regional ədliyyə şöbəsində (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94) keçiriləcəkdir.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Şəki regional ədliyyə şöbəsi (telefonu: (0177) 4-34-48; 4-43-47), habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
help_az
iap
eplc