Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Vətəndaşların nəzərinə!

Mətbuatda xəbər verildiyi kimi, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən mayın 23-də Bərdədə vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Bərdə, Ağdam və Ağcabədi rayonlarında yaşayan vətəndaşların, habelə Xankəndi və Laçından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 11:00-da Bərdə şəhəri İcra Hakimiyyətində (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 88) keçiriləcəkdir.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, bina 77; əlaqə telefonları: (02020) 5-16-53; (02020) 5-43-07, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
help_az
iap
eplc