Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən avqustun 29-da Şəmkirdə vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 12:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5) keçiriləcəkdir.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Şəmkir regional ədliyyə şöbəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2; əlaqə telefonu: (02230) 5-48-81), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
help_az
iap
eplc