Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

E L A N

İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi məqsədi ilə Məhkəmə-Hüquq Şurası ölkəmizdə fəaliyyət göstərən hakim assosiasiyalarını, Vəkillər Kollegiyasını, qeyri hökumət təşkilatlarını və digər qurumları bu vəzifəyə namizəd irəli sürməyə dəvət edir. Namizədlər fərdi qaydada da (şəxsən) irəli sürülə bilər. 

Namizədlər hüquqşünas olmalı, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə malik olmalı, Avropa Şurasının rəsmi dillərindən birini (ingilis və ya fransız) sərbəst, digərini isə kafi səviyyədə bilməlidirlər. 

Məhkəmə-Hüquq Şurasına namizədlər barədə məlumat 2014-cü ilin oktyabr ayının 15-dək təqdim edilməlidir. 

Namizədliyin irəli sürülməsi barədə müraciət şəxsən, poçt, yaxud Şuranın İnternet səhifəsi vasitəsilə (www.jlc.gov.az) elektron qaydada edilə bilər. 

Əlaqə telefonları: (012) 510-82-97; 510-21-62.

iacca
help_az
iap
eplc