Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Vətəndaşların nəzərinə!

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən avqustun 22-də Göygöl rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Göygöl, Samux və Goranboy rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul Göygöl rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi, 32) keçiriləcəkdir.

Bildirilir ki, vətəndaşlar qəbula Gəncə regional ədliyyə şöbəsi (ünvan: Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi, əlaqə telefonu: (022) 254-48-21, (050) 222-46-46), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, habelə Göygöl rayon Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
help_az
iap
eplc