Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

E L A N

Məhkəmə-Hüquq Şurası tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi məsələsinə baxılmış, bu məqsədlə namizədlərin sənədlərinin qəbulu qərara alınmışdır.

Bununla əlaqədar Azərbaycan Respublikasında fəaliyyət göstərən hakim assosiasiyaları, Vəkillər Kollegiyası, qeyri-hökumət təşkilatları və digər qurumlar (şəxslər) bu vəzifəyə namizəd irəli sürməyə dəvət edilir.
Namizədlərin irəli sürülməsi zamanı aşağıdakı meyarlara diqqət yetirilməlidir:

  • İnsan hüquqları sahəsində, xüsusən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə təcrübənin və biliklərin olması;
  • Avropa Şurasının rəsmi dillərindən Fransız və ya İngilis dillərindən birini sərbəst bilməsi.

Namizədlər barədə məlumat Məhkəmə-Hüquq Şurasına 2008-ci il fevral ayının 16-dək təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə.
Əlaqə telefonu: 510-21-62

iacca
help_az
iap
eplc