Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Bələdiyyələrlə İş Mərkəzi qanunlarin monitorinqini aparmış və yeni qanunlar paketi hazırlamışdır

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə AzərTAc-ın müxbirinə demişdir ki, Milli Məclisdə bələdiyyələrlə əlaqədar qəbul olunmuş qanunların bir çoxu digər qanunvericilik aktları ilə uyğunlaşmır. Bu da həm bələdiyyələrin fəaliyyətində, həm də digər sahələrdə ciddi problemlər yaradır. Bələdiyyələrlə İş Mərkəzi həmin qanunların monitorinqini aparmış və yeni qanunlar paketi hazırlamışdır. Qanunlar paketində bələdiyyə üzvlərinin, qulluqçularının sosial, maliyyə, status və digər problemlərinin həlli ilə bağlı yeni təkliflər vardır. Qanunlar paketi Milli Məclisin regional məsələlər daimi komissiyasında müzakirə edildikdən sonra parlamentin payız sessiyasının gündəliyinə daxil ediləcəkdir.

iacca
help_az
iap
eplc