Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ayrı-ayrı notariat hərəkətləri haqqında

Daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqavilələrin təsdiq edilməsi

Daşınmaz əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında müqavilələr həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir.
Notarius bu müqavilələri təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov(ipoteka) qoyan şəxsə məxsus olmasını yoxlayırlar, özgəninkiləşdirilən və ya girov(ipoteka) qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edirlər, əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlak üzərində həbs qoyulub-qoyulmamasını yoxlayır.


Etibarnamələrin təsdiq edilməsi

Notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Etibarnamə istənilən müddətə verilə bilər.
Nəqliyyat vasitələrindən müvəqqəti əvəzsiz istifadə edilməsi üçün verilən etibarnamələr təsdiq edilərkən notarius etibar edilən şəxsin sürücülük vəsiqəsinin surəti tələb edir. Etibarnamənin müddəti sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz. Notarius, həmçinin etibar edilən şəxsin surucülük vəsiqəsi əsasında etibar edilmiş nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq dərəcəyə malik olub-olmamasını yoxlayır.
Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir və qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq olmamalıdır.


Vəsiyyətnamələrin təsdiq edilməsi

Notarius fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edir.
Vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius və vəsiyyət edən şəxs tərəfindən tərtib oluna bilər. Vəsiyyətnamədə tərtib edildiyi yer və vaxt göstərilməklə, vəsiyyət edən tərəfindən şəxsən imzalanır.
Əgər vəsiyyət edən özəlləşdirilmiş mənzili vəsiyyət edirsə, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında arayış və mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərnin yazılı razılığını tələb edir.


Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi

Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir.
Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir.
Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.
Notarius qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verərkən miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vəsiyyətnaməyə dəyişiklik edilib-edilmədiyini, vərəsəliyin açıldığı vaxtı və yeri, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.
Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda notarius daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquqmüəyyənedici sənəd, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə arayış tələb edir.


SƏNƏDLƏRİN XARİCDƏ İSTİFADƏ EDİLMƏSİ ÜÇÜN
HAZIRLANMASI VƏ ONLARA APOSTİLİN VERİLMƏSİ

Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşmənin iki növü mövcuddur konsul leqallaşdırması və apostilin verilməsi.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təsdiq etdiyi Konsul leqallaşdırması haqqında Təlimatın 3-cü bəndinə əsasən konsul leqallaşdırması üzrə funksiyalar Azərbaycan Respublikasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi, xarici ölkələrdə Azərbaycan Respublikasının konsulluqları tərəfindən həyata keçirilir.
Sənədin əslininin konsul leqallaşdırılması üçün Xarici İşlər Nazirliyinə müraciət edilməlidir.
Sənədin surətinin və ya tərcüməsinin leqallaşdırılması üçün ilk növbədə onun surəti və tərcüməsində tərcüməçinin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilir. Bu sənəddə notariusun imzasının həqiqiliyi və möhürün həmin notariat kontoruna məxsus olması Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənir. Bundan sonra sənəd Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində və ərazisində istifadə olunacaq dövlətin ölkəmizdəki konsulluq xidmətində leqallaşdırılır.
Bu üsulla leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər.



Sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə Haaqa şəhərində xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya imzalanmışdır. Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətlər sənədləri sadə qaydada leqallaşdırmaq hüququ əldə edirlər. Belə leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vermək yolu ilə həyata keçirilir. Apostil verilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur.
Göstərilən Konvensiya diplomatik və konsul agentləri tərəfindən tərtib edilmiş sənədlərə, gömrük və kommersiya əməliyyatlarına bilavasitə aid olan inzibati sənədlərə şamil edilmir.
5 mart 2004-cü ildə Azərbaycan Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuşdur və o, ölkəmizə münasibətdə 2 mart 2005-ci il tarixdən qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2005-ci il tarixli Sərəncamı ilə apostilin verilməsi üçün məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi, o cümlədən Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan və vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, digər sənədlər üzrə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilmişdir.
Apostil sənədin istər əslinə, istərsə də onun notariat qaydasında təsdiq edilmiş surətinə və ya tərcüməsinə verilə bilər.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən şəhadətnamənin (apostilin) verilməsi Qaydasının tələblərinə uyğun olaraq apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini (əgər sənədi vermiş orqanın möhürünün, ştampının və vəzifəli şəxslərinin imza nümunələri məlumdursa) təsdiq edir.
Əgər Ədliyyə Nazirliyinin səlahiyyətinə aid edilmiş sənədlərdəki imzaların, möhür və ştampların nümunələri məlum deyilsə, bu sənədlərin, eyni zamanda digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surətinə və ya tərcüməsinə Ədliyyə Nazirliyi tərəfindən apostil verilə bilər.



Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müxtəlif bölgələrdə yaşayan əhaliyə əlverişli şərait yaradılması məqsədilə müvafiq sənədlərin aşağıda göstərilən dövlət notariat kontorlarında qəbulunu, apostil verildikdən və ya leqallaşdırılması üçün hazırlanaraq təsdiq olunduqdan sonra vətəndaşlara qaytarılmasını təşkil etmişdir:

Bakı şəhərində:
1 saylı
notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VII I,
telefon: (0-12) 493-63-16; 493-45-14
(Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 17)
Lənkəran rayonunda:
2 saylı
dövlət notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VII I,
telefon: (0-171) 4-36-47
(Lənkəran şəhəri,
2-ci mikrorayon, Akademik Z.Əliyeva küçəsi, 1)
Naxçıvan Muxtar Respublikasında
(sənədlərin
leqallaşdırmaya hazırlanması üçün):
Gəncə şəhərində:
2 saylı
notariat kontoru

İş vaxtı: 10.00 19.00,
İstirahət günləri: VII I,
telefon: (0-22) 53-12-67
(Gəncə şəh., Ə.Nəzmi küçəsi ilə B.Əliyev küçəsinin kəsişməsi)
Xaçmaz rayonunda:
1 saylı
notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: V VI,
telefon: (0-172) 3-22-55
(Xaçmaz şəh., H.Zərdabi küçəsi, 30)
Naxçıvan şəhər
1 saylı
dövlət notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VI VII,
telefon: (0-136) 5-09-28,
(Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 5)
Sumqayıt şəhərində:
3 saylı
notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VI VII,
telefon: (0-164) 6-33-13
(Sumqayıt şəhəri, 13-cü mikrorayon, Azərbaycan prospekti, 5)
Göyçay rayonunda:
notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VII I,
telefon: (0-167) 5-31-65
(Göyçay şəh., N.Nərimanov küçəsi, 40)
Naxçıvan şəhər
2 saylı dövlət notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VI VII,
telefon: (0-136) 5-22-63,
(Naxçıvan şəhəri, Nizami küçəsi, 4
Şəki rayonunda:
2 saylı dövlət notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VII I,
telefon: (0-177) 4-21-80
(Şəki şəhəri, M.Rəsulzadə prospekti, 139-a)
Bərdə rayonunda:
1 saylı notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: I II,
telefon: (0-110) 5-12-29
(Bərdə şəhəri, M.Rəsulzadə küçəsi, 1)
Şərur rayon
1 saylı dövlət notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VI VII,
telefon: (0-136) 2-20-94,
(Şərur şəhəri, M.Ə.Sabir küçəsi, 20

Fiziki və hüquqi şəxslər xaricdə istifadəsi nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsi ilə bağlı məsələlər üzrə, eləcə də Ədliyyə Nazirliyinin səlahiyyətinə aid edilmiş sənədlərin əslinə apostil verilməsi üçün bilavasitə nazirliyə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 72.
Telefon: 404-42-30, 404-42-81.













Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)



Email ünvanı:
 @justice.gov.az
Şifrə:  
Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2014
designed by: M.O.J.
|