In favorem libertatis omnia jura clamant; sed est modus in rebus
В пользу свободы вопиет всякое право, но всему есть мера
Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə tutulan haqqın məbləği
«Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən dövlət notariusları əqdlərin və etibarnamələrin təsdiqi ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi), sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi ilə əlaqədar göstərilən xidmətə (texniki işlərin yerinə yetirilməsi) görə aşağıdakı məbləğdə haqq tuturlar.
Haqq tutulmalı olan hərəkətlər
Haqqın məbləği
1. Daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, qurğuların, tikililərin, torpaqların və başqa daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrlə bağlı:
1.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə;
1,05 manat
1.2. müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə;
- Bakı şəhərində;
16,5 manat
- digər şəhər və rayonlarda;
6,6 manat
1.3. mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi üçün.
1,05 manat
2. Nəqliyyat vasitələrinin özgənin-kiləşdirilməsi müqavilələri ilə bağlı:
2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə;
3,75 manat
2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə.
7,5 manat
3. Yaşayış evlərinin tikinti işi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrlə bağlı:
3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, babaya, nənəyə, nəvəyə, valideynlərə, qardaşa, bacıya keçirsə;
0,45 manat
3.2. müqavilə üzrə istifadə hüququ digər fiziki və ya hüquqi şəxsə keçirsə.
0,75 manat
4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri ilə bağlı:
4.1. dəyəri 2200 manatadək;
0,75 manat
4.2. dəyəri 2200 manatdan 5500 manatadək;
2,55 manat
4.3. dəyəri 5500 manatdan çox olduqda.
4,2 manat
5. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsi ilə bağlı:
5.1. Bakı şəhərində;
16,5 manat
5.2. digər şəhər və rayonlarda.
6,6 manat
6. Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsi ilə bağlı:
10.2. etibarnamə digər fiziki və ya hüquqi şəxslərə verilirsə.
0,75 manat
11. Vəsiyyətnamələrin təsdiqi üçün.
0,45 manat
12. Sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi ilə əlaqədar.
0,25 manat
13. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə) ilə əlaqədar.
0,25 manat
«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.