Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Sənədlərin xaricdə istifadə edilməsi üçün hazırlanması və onlara apostilin verilməsi

Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşmənin iki növü mövcuddur konsul leqallaşdırması və apostilin verilməsi.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təsdiq etdiyi Konsul leqallaşdırması haqqında Təlimatın 3-cü bəndinə əsasən konsul leqallaşdırması üzrə funksiyalar Azərbaycan Respublikasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi, xarici ölkələrdə Azərbaycan Respublikasının konsulluqları tərəfindən həyata keçirilir.

Sənədin əslininin konsul leqallaşdırılması üçün Xarici İşlər Nazirliyinə müraciət edilməlidir.

Sənədin surətinin və ya tərcüməsinin leqallaşdırılması üçün ilk növbədə onun surəti və tərcüməsində tərcüməçinin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilir. Bu sənəddə notariusun imzasının həqiqiliyi və möhürün həmin notariat kontoruna məxsus olması Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənir. Bundan sonra sənəd Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində və ərazisində istifadə olunacaq dövlətin ölkəmizdəki konsulluq xidmətində leqallaşdırılır.

Bu üsulla leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər. 

Sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə Haaqa şəhərində xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya imzalanmışdır. Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətlər sənədləri sadə qaydada leqallaşdırmaq hüququ əldə edirlər. Belə leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vermək yolu ilə həyata keçirilir. Apostil verilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur. Həmin iştirakçı dövlətlər barədə məlumatı Haaqa Konfransının rəsmi internet saytından (www.hcc.net) əldə etmək olar.

Göstərilən Konvensiya diplomatik və konsul agentləri tərəfindən tərtib edilmiş sənədlərə, gömrük və kommersiya əməliyyatlarına bilavasitə aid olan inzibati sənədlərə şamil edilmir.

5 mart 2004-cü ildə Azərbaycan Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuşdur və o, ölkəmizə münasibətdə 2 mart 2005-ci il tarixdən qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2005-ci il tarixli Sərəncamı ilə apostilin verilməsi üçün məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi, o cümlədən Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan və vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, digər sənədlər üzrə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilmişdir.

Apostil sənədin istər əslinə, istərsə də onun notariat qaydasında təsdiq edilmiş surətinə və ya tərcüməsinə verilə bilər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən şəhadətnamənin (apostilin) verilməsi Qaydasının tələblərinə uyğun olaraq apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini (əgər sənədi vermiş orqanın möhürünün, ştampının və vəzifəli şəxslərinin imza nümunələri məlumdursa) təsdiq edir.

Əgər Ədliyyə Nazirliyinin səlahiyyətinə aid edilmiş sənədlərdəki imzaların, möhür və ştampların nümunələri məlum deyilsə, bu sənədlərin, eyni zamanda digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surətinə və ya tərcüməsinə Ədliyyə Nazirliyi tərəfindən apostil verilə bilər.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 13-1-ci maddəsinə əsasən müvafiq sənədə apostil verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur. Qanunun 4.3-cü maddəsinə görə rüsum elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.

Qeyd edilməlidir ki, Ədliyyə Nazirliyinin rəsmi internet saytında yerləşən "Elektron Xidmətlər" portalı vasitəsi ilə apostilin verilməsinə görə dövlət rüsumunun elektron qaydada ödənilməsi imkanı da nəzərdə tutulmuşdur (http://exidmet.justice.gov.az/WebForms/OtherPayment.aspx).

Ədliyyə Nazirliyi müxtəlif bölgələrdə yaşayan əhaliyə əlverişli şərait yaradılması məqsədilə müvafiq sənədlərin aşağıda göstərilən notariat kontorlarında qəbulunu, apostil verildikdən və ya leqallaşdırılması üçün hazırlanaraq təsdiq olunduqdan sonra vətəndaşlara qaytarılmasını təşkil etmişdir.

Həmçinin ölkə başçısının 11 fevral 2014-cü il tarixli Fərmanı ilə xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu "ASAN xidmət" mərkəzləri tərəfindən göstərilən xidmətlərdən biri kimi müəyyən edilmişdir.

Apostilin verilməsi ilə bağlı sənədlərin qəbulu üçün aşağıdakı notariat kontorları, habelə "ASAN xidmət" mərkəzlərinə müraciət oluna bilər:

 

Bakı şəhərində:
1 saylı
notariat kontoru

İş vaxtı: 9.00 - 18.00,
İstirahət günləri: VII I,
Telefon: (0-12) 493-63-16;      493-45-14
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 17

1 saylı Bakı "Asan Xidmət" mərkəzində notariat kontoru

İş günləri: Həftənin bütün günləri 

İş vaxtı: I-II-III-IV-V - 10:00-20:00 (Fasiləsiz)
VI-VII - 11:00-17:00 (Fasiləsiz)

Telefon: (012) 108 
Ünvan: Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 36

2 saylı Bakı "Asan Xidmət" mərkəzində notariat kontoru

İş günləri: Həftənin bütün günləri 

İş vaxtı: I-II-III-IV-V - 10:00-20:00 (Fasiləsiz),
VI-VII - 11:00-17:00 (Fasiləsiz)

Telefon: (012) 108 
Ünvan: Xətai rayonu, Nobel prospekti 23

3 saylı Bakı "Asan Xidmət" mərkəzində notariat kontoru

İş günləri: Həftənin bütün günləri 

İş vaxtı: I-II-III-IV-V - 10:00-20:00 (Fasiləsiz),
VI-VII - 11:00-17:00 (Fasiləsiz)

Telefon: (012) 108 
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küçəsi 39;

4 saylı Bakı "Asan Xidmət" mərkəzində notariat kontoru

İş günləri: Həftənin bütün günləri 

İş vaxtı: I-II-III-IV-V -

10:00-20:00 (Fasiləsiz),
VI-VII - 11:00-17:00 (Fasiləsiz)

Telefon: (012) 108 

Ünvan: Sabunçu rayonu, Sülh küçəsi 197

5 saylı Bakı "Asan Xidmət" mərkəzində notariat kontoru

İş günləri: Həftənin bütün günləri 

İş vaxtı: I-II-III-IV-V - 10:00-20:00 (Fasiləsiz),
VI-VII - 11:00-17:00 (Fasiləsiz)

Telefon: (012) 108

Ünvan: Yasamal rayonu, Ş.Qurbanov küçəsi 15;

Gəncə şəhərində:
2 saylı
notariat kontoru

İş günləri: Həftənin bütün günləri 

İş vaxtı: 10.00 19.00,
İstirahət günləri: VII I,
telefon: (0-2225) 3-12-67
Ünvan: Gəncə şəh., Ə.Nəzmi küçəsi ilə B.Əliyev küçəsinin kəsişməsi

Gəncə "Asan Xidmət" mərkəzində notariat kontoru

İş günləri: Həftənin bütün günləri; 

İş vaxtı: I-II-III-IV-V - 10:00-20:00 (Fasiləsiz),
VI-VII - 11:00-17:00 (Fasiləsiz);Telefon: (012) 108; 
Ünvan: Gəncə şəhəri, Ş.İ. Xətai prospekti 87a; 

Sumqayıt şəhərində:
3 saylı
notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VI VII,
telefon: (0-164) 6-33-13
Ünvan: Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, 5

Sumqayıt "Asan Xidmət" mərkəzində notariat kontoru

İş günləri: Həftənin bütün günləri 

Telefon: (1869) 4-31-39; 

Ünvan: Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi ev 43; 
İş vaxtı: I-II-III-IV-V - 10:00-20:00 (Fasiləsiz),
VI-VII - 11:00-17:00 (Fasiləsiz);

Bərdə regional "Asan Xidmət" mərkəzində notariat kontoru

İş günləri: Həftənin bütün günləri 

Telefon: (012) 108; 
Ünvan: Heydər Əliyev prospekti 100;
İş vaxtı: I-II-III-IV-V - 10:00-20:00 (Fasiləsiz),
VI-VII - 11:00-17:00 (Fasiləsiz);

Xaçmaz rayonunda:
1 saylı
notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: V VI,
telefon: (0-2332) 5-55-40
Ünvan: Xaçmaz şəh., H.Zərdabi küçəsi, 33

Göyçay rayonunda:
notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VII I,
telefon: (0-2027) 4-07-86 
Ünvan: Göyçay şəh., N.Nərimanov küçəsi, 54

Şəki rayonunda:
2 saylı notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VII I,
telefon: (0-177) 4-21-80
Ünvan: Şəki şəhəri, M.Rəsulzadə prospekti, 139-a

Sabirabad regional "Asan Xidmət" mərkəzində notariat kontoru

İş günləri: Həftənin bütün günləri 

İş vaxtı: I-II-III-IV-V - 10:00-20:00 (Fasiləsiz),
VI-VII - 11:00-17:00 (Fasiləsiz)

Telefon: (012) 108; 
Ünvan: Sabirabad şəhəri, H.Əliyev pr. 128;

Masallı regional "Asan Xidmət" mərkəzində notariat kontoru

İş günləri: Həftənin bütün günləri 
Telefon: (012) 108; 
Ünvan: Masallı şəhəri, H.Əliyev pr;
İş vaxtı: I-II-III-IV-V - 10:00-20:00 (Fasiləsiz),
VI-VII - 11:00-17:00 (Fasiləsiz)

Qəbələ regional "Asan Xidmət" mərkəzində notariat kontoru

İş günləri: Həftənin bütün günləri 
Telefon: (012) 108; 
Ünvan: Qəbələ şəhəri, E.Kərimov küç. 79;
İş vaxtı: I-II-III-IV-V - 10:00-20:00 (Fasiləsiz),
VI-VII - 11:00-17:00 (Fasiləsiz)

 

Naxçıvan şəhər
1 saylı
dövlət notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VI VII,
telefon: (0-136) 5-09-28,
Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 5

Naxçıvan şəhər
2 saylı dövlət notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VI VII,
telefon: (0-136) 5-22-63,
Ünvan: Naxçıvan şəhəri, Nizami küçəsi, 4

Şərur rayon
1 saylı dövlət notariat kontoru

İş vaxtı: 9.00 18.00,
İstirahət günləri: VI VII,
telefon: (0-136) 2-20-94,
Ünvan: Şərur şəhəri, M.Ə.Sabir küçəsi, 20

 

 


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |