Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Dövlət Notariat arxivi
Dövlət notariat arxivi 7 avqust 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirinin əmri ilə yaradılmışdır.
Notariat hərəkətləri barədə sənədlər əsasən notariat kontorlarında 6 il saxlandıqdan sonra Dövlət notariat arxivinə təhvil verilir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət notariat arxivində notariat sənədləri 75 il saxlanılır.

Arxivin əsas vəzifələri:
  • notariuslardan və qanunvericiliklə notariat hərəkətləri aparmaq səlahiyyəti verilmiş vəzifəli şəxslərdən sənədləri qəbul etmək;
  • arxivdə saxlanan sənədlərdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada elmi məqsədlər üçün istifadə edilməsinə şərait yaratmaq;
  • Notariat haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələblərinə uyğun olaraq arxivdə saxlanan sənədlərdən dublikatlar vermək, onlardan surət və çıxarışların düzgünlüyünü təsdiq etmək;
  • vəsiyyətnamənin dəyişdirilməsi, ləğv edilməsi, habelə onun bütün nüsxələrinin məhv edilməsi haqqında vəsiyyət edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini aldıqda vəsiyyətnamənin arxivdə saxlanan nüsxəsində və notariat hərəkətinin qeydiyyatı reyestrində bu barədə qeyd etmək;
  • səlahiyyətinə aid olan məsələlərlə bağlı vətəndaşları qəbul etmək;
  • qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək.


Arxivin hüquqları:

Üzərinə qoyulmuş funksiyaları həyata keçirmək üçün arxiv aşağıdakı hüquqlara malikdir:
  • arxivin səlahiyyətinə aid olan məsələlər üzrə notariuslara tövsiyələr hazırlamaq;
  • notariuslardan, notariat hərəkətlərini aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən, habelə vəsiyyətnamə təsdiq edən notariusa bərabər tutulan şəxslərdən arxiv işi üçün məlumatlar almaq;
  • dövlət notariat arxivinin fəaliyyəti barədə rəhbərliyi məlumatlandırmaq və arxivin işinin təkmilləşdirilməsi üçün təkliflər vermək.






Hal-hazırda arxivdə şəhər və rayon dövlət notariat kontorlarının 1927-ci ildən başlayaraq 2006-cı ilədək 1.000.000-dan çox notariat sənədləri saxlanılır. Mütəmadi olaraq notariat kontorlarının arxiv sənədlərinin təhvil verilməsi prosesi davam etdirilir. Həmin notariat sənədləri barədə məlumatlar arxivdə yaradılan elektron məlumat bazasına daxil edilmişdir.

 


Telefon: (+99412) 404-42-42;
İş günləri: I-II--III-IV-V;
İş vaxtı: 09:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: VI-VII
























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |