MƏHƏRRƏM ABIŞ OĞLU ƏLİYEV


Məhərrəm Abış oğlu Əliyev 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur.

O, 1978-ci ildə Moskva xüsusi orta milis məktəbini, 1985-ci ildə Moskva Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirmişdir. 1973-cü ildən daxili işlər orqanlarında xidmət etmiş, Moskva şəhəri Jdanov rayon Daxili İşlər İdarəsində milis nəfəri, 131 nömrəli Milis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifələrində işləmişdir.

1982-1993-cü illərdə Bakı şəhərinin rayon polis idarələrində cinayət-axtarış bölmələrində müxtəlif vəzifələrdə xidmət aparmış, Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis idarələrində rəhbər vəzifələrdə çalışmışdır. 1993-2007-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi olmuşdur.

2007-2011-ci illərdə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, 2012-2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 yanvar tarixli Fərmanı ilə polis general-leytenantı, 2012-ci il 30 noyabr tarixli Sərəncamla general-leytenant hərbi rütbələri verilmişdir.

2017-ci ilin iyun ayından Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 25 iyun 2013-cü il tarixli Sərəncamla "Vətən uğrunda" medalı, 24 iyun 2014-cü il tarixli Sərəncamla 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 20 noyabr 2018-ci il tarixli Sərəncamla 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, habelə "Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.

Evlidir, 2 övladı var.

iacca
help_az
iap
eplc