Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ədliyyə Nazirliyində görüş

Azərbaycanda səfərdə olan Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçilərindən ibarət nümayəndə heyəti dekabrın 22-də Ədliyyə Nazirliyində olmuşlar.
Qonaqları səmimi salamlayan ədliyyə nazirinin müavini Vilayət Zahirov Azərbaycanda yerli özünüidarəetmənin inkişafı, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirləri vurğulamış, bu işdə Avropa Şurası ilə əməkdaşlığın əhəmiyyətini, xüsusilə Konqresin töhfəsini qeyd etmişdir.
Avropa Şurası ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluqları ifadə edən qonaqlar bələdiyyə seçkilərinin gedişatı ilə bağlı məlumatlı olduqlarını vurğulamış, səsvermə günü ölkəmizin müxtəlif bölgələrində seçkiləri izləyəcəklərini bildirmişlər.
Görüşdə səmərəli fikir mübadiləsi aparılmış, o cümlədən bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyə üzvlərinin müstəqilliyinin təmin olunması, icra hakimiyyəti ilə bələdiyyələr arasında qarşılıqlı əlaqələr, qadınların rolunun artırılması və maraq doğuran digər suallar ətraflı cavablandırılmışdır.
   
   

22/12/2009





Email ünvanı:
 @justice.gov.az
Şifrə:  

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2010
designed by: M.O.J.
|