Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Azərbaycan və Rusiya hüquqi sahədə səmərəli əməkdaşlıq edir

Azərbaycan Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar Bakıda keçirilən "Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf" mövzusunda konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkova ilə dekabrın 28-də Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova və Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin iştirak edilər.

Görüşdə ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan nazir bu əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolunu və qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib, zəngin müqavilə bazasına söykənən əlaqələrin hüquqi sahədə də uğurla inkişaf etdiyini, səfər zamanı iki ölkənin Ombudsman təsisatları arasında yenicə imzalanmış ikitərəfli əməkdaşlıq sazişinin əlaqələrimizin genişləndirilməsinə böyük təkan olacağını bildirib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda insan hüquqları sahəsində aparılan qanunvericilik və institusional tədbirlərdən danışıb, məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemin inkişafı üzrə görülən işlər, bu sahədə səmərəli ictimai nəzarət mexanizminin tətbiqi, infrastrukturun müasirləşdirilməsi, əldə olunan müsbət təcrübələr və digər nailiyyətlər barədə məlumat verib, Ombudsman təsisatı və onun penitensiar müəssisələrə mütəmadi baş çəkən Milli Preventiv Qrupu ilə səmərəli qarşılıqlı fəaliyyəti qeyd edib.

Azərbaycana səfərindən və Prezident İlham Əliyev tərəfindən qəbul olunmasından məmnunluğunu ifadə edən qonaq iki ölkə arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Xanım T.Moskalkova öz fəaliyyəti barədə məlumat verib, Azərbaycanın təcrübəsinə maraq göstərərək insan hüquqlarının qorunması istiqamətində dövlətin siyasi iradəsi ilə atılan mühüm addımları, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə tədbirləri təqdir edib.

Görüşdə əməkdaşlığın prioritetlərinə, o cümlədən hüquqi yardım, məhkumların verilməsi və digər maraq doğuran məsələlərə dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

28/12/2016
























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |