Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atası Ə.Bayramova verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası prosesini əks etdirən video-süjet yayımlanmışdır.

Məlumat üçün bildirilir ki, uşağın anası 2010-cu ildə vəfat etdikdən sonra onu öz qəyyumluğuna götürən xalası M.Eldarova və nənəsi F.Xudaverdiyeva Nurayı atasına verməkdən yayınmışdır. Bununla əlaqədar Ə.Bayramov 2012-ci ildə Quba Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin qətnaməsinə əsasən uşağın atasına verilməsi qərara alınmış, həmin qətnamə həmçinin apellyasiya və Ali məhkəmələrin qərarları ilə qüvvədə saxlanılmışdır.

Bununla yanaşı, M.Eldarovanın uşağın atasının valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmədə qaldırdığı iddiası isə əsassız olduğundan bütün instansiya məhkəmələri tərəfindən təmin olunmamışdır.

Bundan sonra uşağın atasına verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin icrası üzrə tədbirlər həyata keçirilərkən qarşı tərəfə edilmiş xəbərdarlıqlara, profilaktik söhbətlərə və izahlara baxmayaraq onlar məhkəmə qətnaməsini könüllü icra etməmiş, icradan qərəzli yayınmış, N.Bayramzadənin yerini gizli saxlamışlar. Bununla əlaqədar icra məmuru tərəfindən müvafiq qərar qəbul edilərək uşağın və cavabdehlərin axtarılması üzrə tədbirlər görülmüşdür.

Axtarış tədbirləri nəticəsində uşağın yeri müəyyən olunaraq icra 07.12.2016-cı il tarixə təyin edilmişdir. İcra prosesində qanunvericiliyə uyğun olaraq hər iki tərəfin, eləcə də rayon icra hakimiyyətinin, təhsil şöbəsinin qəyyumluq və himayəçilik orqanının nümayəndələri, polis əməkdaşları, psixiatr, məsləhətçi-psixoloq iştirak etmişlər.

Video-çəkilişdən göründüyü kimi, icra prosesində mübahisə uşağın atası və qarşı tərəf arasında yaranmışdır. O da bildirilir ki, icra prosesi başa çatdıqdan və tərəflər icra qurumunu tərk etdikdən dərhal sonra uşaq atası Ə.Bayramovdan zorla alınaraq xalasına qaytarılmış və həmin vaxtdan onunladır. Bu fakt hazırda Quba rayon polis şöbəsində araşdırılır.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyində xidməti yoxlama aparılır və nəticəsi üzrə qanunamüvafiq tədbirlər görüləcəkdir.

 

07/01/2017


























Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |