Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Azərbaycan və Gürcüstan: hüquqi əməkdaşlıq genişlənir

Azərbaycan və Gürcüstan arasında dostluq və yaxın qonşuluq münasibətlərinə əsaslanan əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf edir. İki ölkə arasında hüquqi yardım üzrə bağlanmış müqavilə və ədliyyənin müxtəlif sahələri üzrə imzalanmış bir sıra mühüm sənədlər əsasında səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Əməkdaşlığın davamı olaraq fevralın 10-da Gürcüstanın ədliyyə naziri xanım Tea Tsulukiani rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.

Səfər zamanı gürcüstanlı nazir əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Qonaq həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyub.

Sonra xanım Tea Tsulukiani respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilə görüşüb.

Ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan nazir F.Məmmədov bu əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd edib, mötəbər beynəlxalq konfrans və forumlarda görüşlərini xatırladıb, hüquqi əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, o cümlədən hakimlərin Avropada ən şəffaf seçimi, elektron məhkəmənin tətbiqi, inzibati ədliyyənin fəaliyyəti barədə məlumat verib. Həmçinin, ədliyyə sistemində şəffaflığın təmin olunması, açıq hökumətin təşviqi, ictimai iştirakçılıq, habelə korrupsiyaya qarşı mübarizə tədbirlərindən, o cümlədən Azərbaycan brendi olan və ədliyyənin də müxtəlif xidmətlər göstərdiyi "ASAN xidmət"in vətəndaş məmnunluğunu təmin edən fəaliyyətindən bəhs edib.

Respublikamıza  səfərindən məmnunluğunu ifadə edən nazir T.Tsulukiani dost ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafını, beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiyini vurğulayıb. Qonaq iki ölkənin ədliyyə orqanlarının hüquqi yardım və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyətini qeyd edərək bu əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib, Azərbaycanın ədliyyə və məhkəmə sahəsindəki nailiyyətlərinə, bu sahədə müsbət təcrübəsinə, o cümlədən elektron məhkəmənin tətbiqinə maraq göstərərək təqdir edib. Xanım nazir həmçinin, öz ölkəsinin ədliyyə və məhkəmə-hüquq sistemi, həyata keçirilən islahatlar barədə məlumat verərək qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazır olduğunu, təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib.

Görüşdə iki ölkənin ədliyyə qurumları arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, mediasiya institutunun tətbiqi və digər maraq doğuran məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.

Tədbirdə Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze iştirak edib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Həmin gün xanım T.Tsulukianinin Milli Məclisdə, Xarici İşlər Nazirliyində və digər rəsmi görüşləri olub.

Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin, həmçinin Azərbaycan brendi olan və vətəndaş məmnunluğunu təmin edən "ASAN" xidmətin fəaliyyəti, habelə Bakının tarixi və mədəni abidələri, o cümlədən Heydər Əliyev Mərkəzi ilə tanışlığı nəzərdə tutulur.

10/02/2017


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |