Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ədliyyə Nazirliyində görüş

Martın 15-də ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycanın Avropa Şurasına (AŞ) üzv qəbul olunduqdan sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olan AŞ Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan və AŞ arasında səmərəli əməkdaşlığı qeyd edən nazir müavini öhdəliklərin icrası üzrə görülmüş işlərdən danışaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının yaradılması, son illər Şuranın səlahiyyətlərinin hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin möhkəmləndirilməsi baxımından xeyli genişləndirilməsi, hakimlərin və məhkəmə aparatı işçilərinin sayının artırılması, hakimlərin seçimində tətbiq olunan qaydaların AŞ tərəfindən örnək kimi qiymətləndirilməsi, habelə onların tədrisi, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq barədə məlumat verib.

Nazir müavini dövlətimizin başçısının ötən ay imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu mühüm sənədin icrası üzrə artıq müəyyən addımlar atılıb, Probasiya xidmətinin yaradılması, elektron nəzarət vasitələrinin tətbiqinə dair beynəlxalq təcrübə, o cümlədən xarici ölkələrdə yerində öyrənilməklə təkliflər hazırlanıb, aidiyyəti qurumlarla birgə yaradılmış işçi qrup tərəfindən cinayət qanunvericiliyinin liberallaşdırılması, bir sıra cinayətlərin dekriminallaşdırılması və s. məqsədilə yeni qanun layihələri hazırlanır.

Azərbaycanın Avropa Şurası üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyən qonaq ölkəmizdə hər gün yeni inkişafın, müxtəlif sahələrdə real dəyişikliklərin baş verdiyini vurğulayıb, son illərdə, həmçinin məhkəmə-hüquq sistemində əldə olunmuş nailiyyətlərdən məmnunluğunu ifadə edib.

A.Qessel Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası üzrə görülən işləri, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan qətimkan tədbirlərinin və alternativ cəzaların tətbiqinin genişləndirilməsini maraqla qarşılayaraq bu mühüm sənədin imzalanmasının Avropa Şurasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, Sərəncamın icrası cəza siyasətinin humanistləşdirilməsi, yeni institut və mexanizmlərin tətbiqi sahəsində böyük islahatlara yol açacaq və gələcəkdə bir çox üzv-dövlətlər bu təcrübədən faydalana bilər. O, bu islahatların həyata keçirilməsində Ədliyyə Nazirliyinin vacib rol oynadığını söyləyərək Avropa Şurasının bu sahədə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Görüşdə həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Tədbirdə ölkəmizin AŞ yanındakı daimi nümayəndəsi Emin Eyyubov iştirak edib.

15/03/2017


























Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |