Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edilir

Respublikamız nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edərək, təşkilatın rəhbər orqanları olan İcraiyyə Komitəsində və Senatında təmsil olunur.

Mayın 2-də ədliyyə naziri, Assosiasiyanın senatoru və fəxri üzvü Fikrət Məmmədovun ölkəmizdə səfərdə olan BPA-nın baş katibi Han Moraal və icraçı direktoru xanım Yanne Holst Hübner ilə görüşü olub.

Azərbaycanın Assosiasiya ilə uzun illər sıx əməkdaşlıq etdiyini vurğulayan nazir 2002-ci ildə BPA-nın İcraiyyə Komitəsinin iclasının Bakıda uğurla keçirildiyini və komitə üzvlərinin ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunduğunu xatırladıb, təşkilatın rəhbər şəxslərinin dəfələrlə respublikamıza səfərlər etdiyini söyləyib. Həmçinin, ölkəmizin qurumun işində yaxından iştirakı, o cümlədən BPA-nın saytının və xüsusi internet şəbəkəsinin aparılması, sənədlərinin tərcümə edilərək nəşr olunması və prokurorlar arasında yayılması qeyd olunub. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə sistemində, ədliyyə və prokurorluq orqanlarında aparılan islahatlar və yeniliklər barədə faydalı fikir mübadiləsi aparılıb.

H.Moraal ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək son 25 il ərzində respublikamızın heyranedici hərtərəfli inkişafını və müsbət dəyişikliklərin geniş vüsət aldığını vurğulayıb, məhkəmə-hüquq islahatlarını, o cümlədən infrastrukturun müasirləşdirilməsini təqdir edib. Qonaq Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığını, uzun illər Assosiasiyanın işinə verdiyi dəyərli töhfələrini, güclü dəstəyini və fəal təmsilçiliyini qeyd edib. Həmçinin, qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini bildirərək gələn il BPA-nın İcraiyyə Komitəsinin iclasının Bakıda yüksək səviyyədə təşkil olunacağına əminliyini söyləyib.

Görüşdə həmçinin, dünyada sənaye üsulu ilə ilk neftin 1846-cı ildə Azərbaycanda çıxarıldığı və bu günlərdə dövlət başçısının həmin quyunun bərpasından sonra yaradılmış abidə ilə tanış olduğu bildirilərək qonaqlara neftlə çəkilmiş rəsm təqdim edilib.

Tədbirdə Assosiasiyanın İcraiyyə Komitəsinin Azərbaycandan olan üzvü, Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev iştirak edib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Səfər çərçivəsində BPA-nın yüksək rəsmilərinin, həmçinin bölgələrdə yeni inşa olunmuş müasir məhkəmə binaları ilə tanışlığı nəzərdə tutulur.

02/05/2017


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |