Notariat ofisləri və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun dərəcələri («Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunundan çıxarış)

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
10.1. Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:
10.1.1 . müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə 25 manat
10.1.2. müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə:
Bakı şəhərində 280 manat
Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 196 manat
digər regionlar üzrə 140 manat
10.1.3. yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün 35 manat
10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:
10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə 35 manat
10.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə 70 manat
10.3. Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün:
10.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə 15 manat
10.3.2. müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə 20 manat
10.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə:
10.4.1. dəyəri 2000 manatadək 6 manat
10.4.2. dəyəri 2000 manatdan 5000 manatadək 25 manat
10.4.3. dəyəri 5000 manatdan çox olduqda 40 manat
10.5. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
10.5.1. Bakı şəhərində 150 manat
10.5.2. digər şəhər və rayonlarda 50 manat
10.6. Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
10.6.1. Bakı şəhərində 60 manat
10.6.2. digər şəhər və rayonlarda 25 manat
10.7. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün:
10.7.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə 15 manat
10.7.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə 15 manat
10.7.3. tərəflər digər şəxslərdirsə 100 manat
10.8. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün:
10.8.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə 15 manat
10.8.2. tərəflər digər şəxslərdirsə 30 manat
10.9. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün:
10.9.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq) 25 manat
10.9.2. vərəsə digər şəxsdirsə 50 manat
10.10.Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün 15 manat
10.11. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün:
10.11.1. etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilərsə 15 manat
10.11.2. etibarnamə digər şəxslərə verilərsə 30 manat
10.12. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün:
10.12.1. etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına verilərsə 10 manat
10.12.2. etibarnamə digər şəxslərə verilirsə 15 manat
10.13. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün 30 manat
10.14. Dəniz protestlərinin tərtibi üçün 30 manat
10.15. Vəsiyyətnamələrin təsdiqi üçün 15 manat
10.16. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün 6 manat
10.17. Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün 3 manat
10.18. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə 0,50 manat
10.19. İcra qeydlərinin aparılması üçün 25 manat
10.20. Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamələrin verilməsi (hazırlanmış hər səhifəyə görə) və bu Qanunun 10.1-10.19-cu 10 manat
10.21. Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün 7,5 manat
10.22. Bu Qanunda nəzərdə tutulmuş notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda aparılmasına görə (1 saat üçün) 10 manat (notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5 manat)
10.23. Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi üçün 7,5 manat


Maddə 11. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

11.1. Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir:

11.1.1. doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;

11.1.2. təminatlı kreditorun iştirakçısı olduğu girov və ya ipoteka müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə - təminatlı kreditor və əmlak inzibatçısı;

11.1.3. mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə - işləyib-işləməməsindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, birinci dərəcə əlilliyi olan işləməyən şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, qaçqınlar və məcburi köçkünlər;

11.1.4. Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə - "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;

11.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə;

11.1.6. notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə;

11.1.7. digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə.

11.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir.

11.3. Bu Qanunun 10.1.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

Maddə 13-1. Müvafiq sənədə apostil verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği

Müvafiq sənədə apostil verilməsi.

10 manat

iacca
help_az
iap
eplc