Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Oktyabrın 21-də Ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyasının növbəti iclası keçirilmiş, test imtahanında müvəffəqiyyət qazanmış 99 namizədlə söhbətin keçirilməsinə dair məsələlər ətraflı müzakirə edilmişdir.

İclasda müsabiqədə iştirak edən namizədlərlə Komissiya tərəfindən fərdi qaydada söhbət keçirilməsinə oktyabr ayının 27-dən başlanılması qərara alınmışdır.

Qaydalara müvafiq olaraq Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir.

Söhbətə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

edliyye2020az
iacca
help_az
iap
eplc