ATƏT təmsilçisi ilə görüş keçirilmişdir

Aprelin 19-da ATƏT Katibliyinin Siyasi dəstək mərkəzinin direktor müavini Paskal Heyman ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşmüşdür.

ATƏT-in ölkəmizlə əməkdaşlığını qeyd edən nazir müavini dövlətimizin siyasi iradəsinin təzahürü olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, ədliyyə islahatları barədə məlumat vermişdir.

Təmsil etdiyi qurumun Azərbaycanla hüquqi əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyən qonaq məhkəmə və ədliyyə sahəsində nailiyyətləri, insan hüquqlarının qorunması sahəsində səmərəli ictimai nəzarət mexanizminin tətbiqini təqdir etmiş, təşkilatın Bakı ofisi ilə Ədliyyə Nazirliyi arasında faydalı qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə etmiş, hüquqi əməkdaşlığı n daha da genişləndirilməsində marağını bildirərək, konkret təkliflər irəli sürmüşdür.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunun aliliyinin qorunması sahəsində əməkdaşlığın gələcək perspektivləri, habelə qeyri-hökəmət təşkilatlarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

edliyye2020az
iacca
help_az
iap
eplc