Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Ədliyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, bir sıra şəhər və rayonlarda notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan edilmiş müsabiqədə iştirak edəcək namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə müasir texnologiyalar tətbiq olunmaqla, kompüter vasitəsilə aprel ayının 13-də saat 11:00-da Mərkəzin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.

Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə keçiriləcək imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.

Xatırladırıq ki, imtahının keçirilməsi qaydalarına uyğun olaraq test imtahanının yekunlarına görə 55 və daha çox bal toplamış şəxslər ikinci mərhələyə-müsahibəyə buraxılacaqlar.

İmtahana hazırlıqla bağlı “Yaddaş kitabçası”, test imtahanında kompüterdən istifadəyə dair Təlimat və digər zəruri informasiya Ədliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib, habelə nazirliyə müraciət edənlər bu məlumatları əldə edə bilərlər.

Əlavə məlumatları nazirliyin internet səhifəsindən, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.

edliyye2020az
iacca
help_az
iap
eplc