Ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi barədə

Bütün bələdiyyələrə

Ailə kəndli təsərrüfatı üzvlərinə

vəsiqələrin təqdim edilməsi barədə

Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması və lazımi məlumatların sitemləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 23.12.2019-cu il tarixli 897 nömrəli Fərmanı ilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsanamə” təsdiq edilmişdir. Bu Əsasnamənin 1.5.1-ci bəndinə əsasən bələdiyyələr də “Elektron kənd təsərrüfatı” informasiya sisteminin istifadəçiləridir.

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatının uçotunu ərazilər üzrə müvafiq bələdiyyələr aparır.

Məlumdur ki, ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini, əmək stajını təsdiq edən müvafiq vəsiqələr bələdiyyələr tərəfindən verilir.

Bu prosesin elektronlaşdırılması və ailə kəndli təsərrüfatlarının uçot məlumatlarının vahid elektron informasiya sistemində toplanılmasının təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Prezidentinin 21.09.2020-ci il tarixli 1157 nömrəli Fərmanı ilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında” Əsanaməyə dəyişiklik edilmişdir.

Dəyişikliyə əsasən yerli özünüidarəetmə orqanları “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçməli, uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları sistemə daxil etməlidirlər.

Bildiririk ki, ailə kəndli təsərrüfatı üzvü haqqında məlumatlar sistemə daxil edildikdən sonra uçota alınmış təsərrüfat üzvünün vəsiqəsinin real vaxt rejimində formalaşdırılması həyata keçiriləcəkdir. Bundan sonra bələdiyyə sədrinin gücləndirilmiş elektron imzası ilə təsdiqləndikdən sonra vəsiqənin (real vaxt rejimində müvafiq nömrə verilərək) təsərrüfat üzvünə məxsus elektron kabinetdə yerləşdirilməsi nəzərdə tutulur.

Qeyd olunanların fəaliyyətlərində nəzərə alınması bələdiyyələrə tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

edliyye2020az
iacca
help_az
iap
eplc